• $
  • €
  • ₽
  • ₺
  • £

Zəfər muzeyinin ilk eksponatları - FOTO

Zəfər muzeyinin ilk eksponatları - FOTO
26.02.2021 10:15
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub.


Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.


Bildirilib ki, memorial kompleksin və fondun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb: 


"Qeyd edək ki, vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir.


"Gazelli Art House” qalereyası da muzeyin fondu üçün materiallar təqdim edib. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.


Təqdim edilən materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var.


Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm qələbəmizin "şahidi”dir. 
Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol