Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsi - Video

Bakının Qaradağ rayonundakı "Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal bir tərzdə dəstək veriblər.
Fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.
www.anews.az
Fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.
Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə edən 26 02 1992, 613, 29 rəqəmləri əks olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























