• $
  • €
  • ₽
  • ₺
  • £

Martın hava proqnozu açıqlandı: 22 dərəcə isti gözlənilir

Martın hava proqnozu açıqlandı: 22 dərəcə isti gözlənilir
27.02.2021 14:57
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 7-12, bəzi yerlərdə 15-18 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 20-27 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 17-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi yerlərdə 0-3 dərəcə şaxta, üçüncü ongünlüyün bəzi günlərində 11-16 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 42-52 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-48 mm) gözlənilir.    

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7, dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-90 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 24-45 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 56-112 mm) gözlənilir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol