Rusiyalı nazir Azərbaycan idmançılarına öz peyvəndlərini təklif etdi

Rusiya İdman Nazirliyi MDB ölkələrinin milli komandalarında çıxış edən idmançıların yerli "Sputnik" peyvəndi ilə aşılanma variantını nəzərdən keçirməyə hazırdır.
Nazir bildirib ki, bu, Tokio Yay Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsinə doğru addımdır: "Pandemiya, koronavirusun milli sərhədləri olmadığını açıq şəkildə nümayiş etdirdi. Hamı üçün bu çətin dövrdə idmanın birləşdirici rolu xüsusi əhəmiyyət kəsb edir. Hamımız böyük idman ailəsinin bir hissəsiyik. Buna görə də, prioritet olaraq, MDB-yə üzv ölkələrin milli komandalarının idmançılarının Rusiya peyvəndi ilə aşılanması imkanlarını nəzərdən keçirməyə hazırıq".
Qeyd edək ki, hələlik Azərbaycan idmançıları peyvənd olunmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























