• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik: “İranın məlumatları Ermənistana ötürməsi iddiaları yalandır”

Səfirlik: “İranın məlumatları Ermənistana ötürməsi iddiaları yalandır”
01.03.2021 14:31
İranın Azərbaycandakı səfirliyi yayılan "İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib” informasiyanı təkzib edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib:

"İslam İnqilabının Ali Rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib.

Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub.

İran, Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol