• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi
01.03.2021 16:18
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti "Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.

STM-in İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri, millət vəkili Zahid Orucun moderatorluğu ilə keçirilən dinləmədə "Milli kimlik və milli ideologiya” mövzusunda açılış nitqi söylənib. Tədbirə məruzəçilər qismində fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov, fəlsəfə doktoru, millət vəkili Etibar Əliyev, fəlsəfə doktoru, millət vəkili Fazil Mustafa, tarixçi Əkbər Nəcəf və jurnalist, araşdırmaçı Elxan Şükürlü qonaq qismində qatılıblar.

Milli kimlik və milli ideologiya məsələləri haqqında müzakirələrin önəmindən bəhs edən millət vəkili Zahid Oruc STM Mətbuat Xidmətinin bu qəbildən müzakirələrinin bundan sona davamlı xarakter alacağını vurğulayıb. Eyni zamanda o bildirib ki, tədbirdə mövzular ətrafında məruzəçilərin səsləndirdikləri fikirlər diqqətdə saxlanılacaq və dövlətə təqdim olunacaq.

Tədbirdə çıxış edən professor Əbülhəsən Abbasov Vətən Müharibəsindən sonrakı dövrdə mövcud olan ideoloji-fəlsəfi reallıqdan bəhs edib. O qeyd edib ki, belə dinləmələr və polemikalar postpandemiya dövrünün reallığına çevrilməli və daha böyük auditoriyalar ilə təşkil edilməlidir. Eyni zamanda Əbülhüsün Abbasov bildirib ki, milli kimlik ətrafındakı müzakirələr və dinləmələr indiki dövr üçün mühüm əhəmiyyətə malikdir.

Millət vəkili Etibar Əliyev müstəqillik tarixinin 30 illik ideoloji bazisi mövzusunda çıxış edib. O, bildirib ki, milli identiklik məsələsi qalib xalq üçün önəmli mövzudur. Koronavirus bəlası bitdikdən sonra belə müzakirələrin daha geniş auditoriyalarla keçirilməsinin də əhəmiyyətli olduğunu bildirən millət vəkili milli kimlik və qlobal kimlik məsələsində də fikirlərini bölüşüb.

Millət vəkili Fazil Mustafa mövcud milli kimliyimizin fəalsəfi bazasından bəhs edib, maarifçilik dönəmindən və ondan əvvəlki dövrün tarixi gerçəkliklərindən danışıb. O qeyd edib ki, belə mövzular ətrafında müzakirələri sosial media məcrasından daha böyük platformalara daşımaq lazımdır.

Tarixçi Əkbər Nəcəf və Elxan Şükürlü də mövzu ilə bağlı öz təkliflərini veriblər.

Ayrı-ayrı çıxışlarda qələbədən sonrakı milli kimlik, vətəndaş-məmur münasibətlərində, xarici münasibətlər sistemində, təhsildə və s. gözlənilən dəyişikliklər dilə gətirilib. Milli kimlik anlayışının komponentlərinə - milli identiklik, kollektiv simvol, milli xarakter məsələlərinə toxunulub. Bildirilib ki, 44 günlük müharibə dövründə qələbə bizim milli birlik rəmzimizə çevrilib.

Paneldə qələbənin tarixə baxışı necə dəyişdirdiyi mövzusu ətrafında fikirlər səsləndirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol