• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda “Gənc fermer” layihəsi yekunlaşıb - FOTO

Lənkəranda “Gənc fermer” layihəsi yekunlaşıb - FOTO
01.03.2021 17:23
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi "Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan "Gənc fermer” layihəsi artıq yekunlaşıb.

Bağlanış mərasimində Milli Məclisin deputatları, "Regional İnkişaf” İctimai Birliyi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq elmi-tədqiqat institutu, "Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyi, Lənkəran Peşə liseyinin heyəti və layihə iştirakçıları iştirak ediblər.

RİİB-in dəstəyi, "Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyinin və Lənkəran Peşə liseyinin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Lənkəran rayonundan olan 10 gənc əvvəlcə nəzəri bilikləri əhatə edən onlayn və oflayn təlimlərdə iştirak edib, daha sonra isə praktiki təcrübə qazanıblar.

Layihənin icrası müddətində 7500-ə yaxın çay toxumu əkilib, 6200-ə yaxın çay tingi əldə edilib və onların satışı baş tutub. Bununla yanaşı layihənin davamlılığının təmin edilməsi üçün biznes model hazırlanıb. Layihə iştirakçılarının məşğulluğuna dəstək olmaq məqsədilə hazırlanmış biznes modelə əsasən, çay tinglərinin satışından əldə olunan vəsaitin 27 %-i iştirakçılara nağd şəkildə təqdim olunub. Satışdan əldə olunan məbləğin 73 %-i isə növbəti ildə layihənin davam etməsi üçün peşə məktəbinə təqdim olunub.

"Sosial layihələr” müsabiqəsi çərçivəsində həyata keçirilən "Gənc fermer” layihəsinin nəticəsində 4 nəfər iştirakçı öz həyətyanı sahəsində çay toxumlarının əkilməsinə başlayıb.

Xatırladaq ki, layihənin məqsədi Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol