• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ağır qəza - ana və uşağı maşın belə vurdu - VİDEO

Bakıda ağır qəza - ana və uşağı maşın belə vurdu - VİDEO
02.03.2021 10:59
Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.

 Avtosfer.az xəbər verir ki, gənc qadın məktəbli uşağın əlindən tutaraq piyada keçidindən yolu keçməyə çalışır.

Yolun bir hissəsini keçdikdən sonra dayanır və avtomobillərin gözləməsinə baxır. Daha sonra isə yolu keçmək istəyir. Bu zaman sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin sürücüsü piyadaları vurur. Hadisə nəticəsində ölən olmasa da hər iki piyada xəsarət alır.

Hadisəyə nəzər saldıqda avtomobillərin nizamlanmayan piyada keçidində dayanmadığının şahidi oluruq. "VAZ" avtomobilindən əvvəl bir neçə sürücü piyadaya yol verməyərək keçir. Nəticədə isə analoji qəza baş verir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirsə də neqativ hallar hələ də müşahidə edilməkdədir:

"Şəhərdə intensivlik müşahidə olunan yerlərdə yol polisi əməkdaşları piyada keçidlərində belə xidmət aparır. Burada iki amil var. Həm hərəkətin intensivliyinin saxlanması, həm də piyadaların təhlükəsiz şəraitdə yolu keçməsini təmin etmək əsas məqsəddir. Eyni zamanda vaxtaşırı mətbuat vasitəsilə sürücü və piyadalara müraciətlər olunur. Onlara təhlükəsizlik qaydaları izah edilir."

Vaqif Əsədov qeyd edib ki, yol polisi piyadavurma hadisələri ilə bağlı demək olar ki, gündəlik olaraq videogörüntüləri təhlil edir, əsas problemləri aşkar edərək əvvəlcədən tədbirlər görməyə çalışır. "

Bölmə rəisi deyir ki, piyadavurma hadisələri daha çox keçidlər və onlara yaxın ərazilərdə baş verir: "Ötən il 13 piyadavurma hadisəsi məhz elə piyadanın günahı ucbatından baş verib. Nəticədə ölüm olmasa da ciddi xəsarətlə yekunlaşıb. Sürücülərə bir daha müraciət edərək demək istəyirəm ki, hərəkət etdiyi yolda piyada keçidinin görən zaman mütləq sürəti azaltsınlar. Hətta yolda heç kim olmasa da bir anlıq dayansınlar. Eyni zamanda piyadalar da avtomobilin dayandığını əmin olduqdan sonra yolu keçsinlər".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol