• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah milli parklara giriş pulsuz olacaq

Sabah milli parklara giriş pulsuz olacaq
02.03.2021 22:30
"Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında "açıq qapı” günü keçiriləcək və ziyarətçilər  milli parklara giriş haqqından azad ediləcək.


Anews.az xəbər verir ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada "Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir.


Hər il müxtəlif adlar altında qeyd olunan "Ümumdünya Vəhşi Təbiət Günü” bu il  "Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.
Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.


Vəhşi təbiətin oyanışını, baharın ilk əlamətlərini, göz oxşayan dəyişikliklərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin özünəməxsus tünd qoxusunu duymaq, füsünkar gözəlliklərdən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin!


Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşir.


Milli parklardan çəkilən fotoları təqdim edirik.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol