• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb

Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
02.03.2021 17:07
Daha bir beynəlxalq ISO – Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisidir


Müştəri Xidmətləri sahəsində ölkəmizdə örnək olan "Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə etdi. "Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verildi. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və s.kimi tərkib hissələr daxil idi.
 
Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi "Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
 
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol