• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı
02.03.2021 23:44
Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə "Azərbaycan” yazılmağa başlanılıb.

"Qafqazinfo” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Yerevanın Ağsaqqallar Şurasının "Mənim addımım” fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan sosial şəbəkədə yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.
Dostuna verilən yeni vəsiqənin fotosunu "Facebook”da paylaşan Karapetyan yazıb:

"Azərbaycan SSR yox, Azərbaycan. Dostum indi deyir ki, nəhayət, arzuladığı vətəndaşlığı alıb, artıq o da Azərbaycandandır. Bu nə deməkdir?”.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan belə açıqlama verib:

"Vətəndaş Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə də keçmiş SSRİ ölkələri üçün heç bir kod yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır. Yəni Gürcüstan SSRİ deyil, Gürcüstan. Bu, çoxdankı təcrübədir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol