• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən koronavirus əleyhinə vaksindən imtina edənlərə çağırış

Nazirlikdən koronavirus əleyhinə vaksindən imtina edənlərə çağırış
04.03.2021 10:46
Səhiyyə Nazirliyi bəzi insanların vaksindən imtina etmələri ilə bağlı məsələyə münasibət bildirib.

Anews.az xəbər verir ki, nazirliyin COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə peyvəndin infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu olduğunu vurğulayıb.

O qeyd edib ki, hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir: "Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir.(iştiraka dəvət edirik) Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq”.

"Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür”.


Qeyd edək ki, yanvar ayının 18-dən başlanan peyvəndləmə dövlət hesabına və könüllü həyata keçirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol