• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ötən il 7 min tona yaxın bal istehsal olunub

Azərbaycanda ötən il 7 min tona yaxın bal istehsal olunub
04.03.2021 21:30
2020-ci ildə Azərbaycandakı 32 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6 647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub.

Anews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olub.

"Arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə prezidentinin 2018-ci il 5 mart tarixli 3 747 nömrəli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325 min, bal istehsalı isə 3 604,1 ton artıb. Ümumiyyətlə, "Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-ə yüksəlib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol