• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəni yasa boğan faciələrin baş vermə səbəbi məlum oldu

Türkiyəni yasa boğan faciələrin baş vermə səbəbi məlum oldu
05.03.2021 11:07
Ötən gün Türkiyə Silahlı Qüvvələri ardıcıl faciə xəbərlərinə qərq oldu.


Anews.az xəbər verir ki, qardaş ölkədə eyni gündə bir hərbi helikopter və bir hərbi avtomobilin qəzası nəticəsində 11 hərbçi şəhid oldu, 11 hərbçi isə yaralandı. İtkilər içərisində yüksəkrütbəli hərbçilərin olması isə faciənin dəhşətini daha da artırırdı.


Türkiyənin Bingöl şəhərindən Bitlisə yola düşən "Cougar” tipli hərbi helikopteri ilə 15:25-də rabitə itmişdi. Qəza nəticəsində içərisində Elazığ 8-ci ordu korpusunun komandiri, korpus generalı Osman Erbaşın da olduğu 9 hərbçinin şəhid olması, 4 nəfərin isə yaralanması açıqlandı. Lakin bir müddət sonra yaralılardan ikisi də dünyasını dəyişərək, şəhid sayı 11-ə çatıb.


İlkin açıqlamaya gör, hadisəyə anidən dəyişən hava şəraiti səbəb olub. Hazırda hadisə ilə istintaq qrupu yaradılıb və ətraflı araşdırma aparılır.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin inventarına 1990-cı ildə daxil edilən "Cougar” tipli hərbi helikopteri ilə bu günədək 4 qəza olub və bu qəzalar nəticəsində həyatını itirən türk hərbçilərin sayı 37-ə çatıb.


Digər qəza Şırnak bölgəsində, Şırnak-Cizrə avtomobil yolunun 25-ci kilometrliyində baş verib. Hərbi avtomobilin aşması nəticəsində 11 hərbi qulluqçu xəsarət alıb. Bu baş vermiş qəzaya isə havanın yağışlı, yolun sürüşkən olması səbəb olub. Hazırda həmin 11 hərbçinin həyatı ilə bağlı ciddi narahatlıq yoxdur.


Bütün Türkiyəni dərin hüznə qərq edən hadisə nəticəsində ilk başsağlığı mesajını Azərbaycan prezidenti İlham Əliyev verdi. Müdafiə, Xarici işlər, Mədəniyyət nazirləri də daxil olmaqla bir çox dövlət rəsmilərinin ünvanladığı başsağlığında qardaş ölkə ilə həmrəylik ifadə olunurdu.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol