• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST: COVİD-19 dövründə bütün dünyada məişət zorakılığı artıb

ÜST: COVİD-19 dövründə bütün dünyada məişət zorakılığı artıb
05.03.2021 12:19
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı ilə görüşüb.


Komitədən Anews.az-a verilən məlumata görə, komitə sədri görüşdə qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərini bildirib:


"Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq”.


Hande Harmancı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rolunun vacibliyini vurğulayıb, Dövlət Komitəsi ilə hər zaman əməkdaşlığa hazır olduğunu deyib, COVİD-19 pandemiyası dövründə bütün dünyada məişət zorakılığının artdığını qeyd edərək, bu sahədə də hər zaman yardıma hazır olduqlarını nəzərə çatdırıb.


Daha sonra ÜST-ün Azərbaycandakı milli məsləhətçisi Vüqar Məmmədov "Azərbaycanda KT Sektorunun Gücləndirilməsi” layihəsi ilə bağlı təqdimatla çıxış edib, layihənin əsas məqsədinin əhalinin KT əlçatanlığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, köməkçi vasitələrin əlçatanlığı üçün effektiv siyasətin tətbiq edilməsi və həyata keçirilməsinə dəstəyin verilməsi olduğunu qeyd edib.


Köməkçi Texnologiya sistemlər və xidmətlər daxil olmaqla köməkçi vasitələr ilə əlaqəli mütəşəkkil bilik və bacarıqların tətbiqi olduğunu vurğulayan V.Məmmədov köməkçi vasitənin əsas məqsədinin insanın funksionallığını və cəmiyyətdə inkluzivliyini, yerini qorumaq və ya yaxşılaşdırmaq, onun rifahını bərpa etmək üçün xüsusi istehsal edilmiş və əlçatan hər hansı bir xarici vasitə olduğunu dedi.


ÜST-ün hazırladığı sorğunun ən müasir sosioloji tələblər əsasında tərtib olunduğunu bildirən Vüqar Məmmədov qeyd edib ki, sorğu bu günə qədər artıq 40 ölkədə tətbiq olunub. Həmçinin, Qarabağ və onun ətrafında baş verən münaqişədən bəhs edən V.Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə Köməkçi Texnologiyanın vacibliyinə ehtiyac əvvəlkindən də çoxdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol