• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə - Xəbərdarlıq

Yol polisindən sürücülərə - Xəbərdarlıq
04.06.2014 15:37
Azərbaycanın yol polisi ağır yol qəzaları ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edib. 
ANN.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, son günlər çoxsaylı insan ölümü və xəsarətləri ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir: 
"Təhlillər göstərir ki, son vaxtlar baş verən ağır yol qəzalarının baş verməsinə əsasən sürət həddinin aşılması, manevr, ötmə qaydalarının pozulması, sürücülərin avtomobili sərxoş halda idarə etmələri səbəb olur. Xahiş edirik ki, sürücülər özlərinin və yaxınlarının, o cümlədən yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atmasınlar, qaydalara əməl etsinlər".
Şöbə rəisi, həmçinin qeyd edib ki, yay mövsümü ilə əlaqədar Azərbaycanın rayonlarına istirahətə gedənlərin, eləcə də rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan sürücülərin sayı getdikcə artır: "Ona görə də bununla əlaqədar avtomobil sürücülərini maksimum diqqətli olmağa, təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə etməyə, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə, xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə etməməyə və yükdaşıma qaydalarına ciddi riayət etməyə çağırırıq".
Qeyd edək ki, son bir neçə gün ərzində respublikanın xüsusən magistral yollarında çoxsaylı insan ölümü və xəsarəti ilə nəticələnən ağır yol qəzaları baş verib.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol