• $
  • €
  • ₽
  • ₺
  • £

“Elmar Vəliyev deyilənləri dərk etmir”

“Elmar Vəliyev deyilənləri dərk etmir”
05.03.2021 19:39
Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək, E.Vəliyevin prosesdə iştirak etməsini və bəzi suallara cavab verməsini istəyiblər.

Y.Səfərovun vəkili Bəxtiyar Hacıyevin qaldırdığı E.Vəliyevin dindirilməsi barədə vəsatəti digər vəkillər də müdafiə ediblər.

E.Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir.
Hakim Əfqan Hacıyev Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.

Vəkil Cavad Cavadov sual verib ki, Elmar Vəliyevin əqli və fiziki durumu normal deyilsə, necə olub ki, onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada etibarnamə verib?
Fəxrəddin Səfərov bu sualı cavablandırmayıb.

Məhkəmə E.Vəliyevin dindirilməsi barədə vəsatəti  təmin etməyib.
Prosesdə məhkəmə istintaqının yekunlaşdığını elan olunub. Martın 16-da keçiriləcək növbəti iclasda prokurorun təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol