FHN-dən Badamdardakı torpaq axıntısı ilə bağlı - Açıqlama

"Bu gün səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar - 20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib”.
FHN-dən "Qafqazinfo”ya bildirilib ki, hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.
"Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər 2 quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. Bildiririk ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq.
Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq. Bu gün baş vermiş lokal axıntı gözlənilən idi.
Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























