• $
  • €
  • ₽
  • ₺
  • £

Rəbiyyə Məmmədovaya polis tərəfindən zor tətbiq edilib

Rəbiyyə Məmmədovaya polis tərəfindən zor tətbiq edilib
08.03.2021 16:26
Gənc fəal Rəbiyyə Məmmədova polis tərəfindən saxlanılıb və bir neçə saatdan sonra sərbəst buraxılıb, bu barədə Anews.az-ın hadisə yerində olan müxbiri xəbər verir. 

Rəbiyyə Məmmədova bu gün "8 marş" yürüşünə qatılmaq üçün evdən çıxaraq taksiyə minib. Yolda mülki geyimli polislər maşını saxlayaraq Rəbiyyə Məmmədovanı maşından çıxarıb və Xətai rayonu polis bölməsinə aparıblar. 
 
Anews.az əməkdaşı hadisəni çəkmək istəyərkən onun telefonu əlindən alınıb və özü də 37-ci polis bölməsinə aparılaraq az sonra buraxılıbdır. 
 
Saxlanma zamanı Rəbiyyə Məmmədovaya polis tərəfindən şiddət tətbiq olunub. 
 
Rəbiyyə Məmmədova hazırda Sabunçu xəstəxanasına müraciət edib.
 
"Hazırda mən Sabunçu xəstəxanasındayam. 103-də ağrı kəsici vuruldu, polis maşınında  Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalmışam. Sınıq qolumu yenə burdular, saxlanılan zaman maşının içində saçım yolunub.Qulağımda və boğazımda ağrılarım var , deyə Rəbiyyə Məmmədova bildirib.
 
Bir qrup qadın  bu gün "8 mart" Beynəlxalq Qadınlar günü ilə bağlı Bakıda "qadın zorakılığına son" şüarı altında yürüş keçirməyi planlaşdırmışdı. Onların rəsmi müraciətinə Bakı şəhər İcra hakimiyyəti icazə verməmişdi. Polis isə belə bir aksiya keçirilərsə bunun qarşısını alacaqlarını bildirmişdi. 
 
Rafiq Şahbazov
Əminə Məmmədova



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol