Deputat: ""Sms icazə" ni aktiv etmək doğru deyil"

Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil.
Anews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Kafe və restoranlar və digər iş yerləri açılıb. Yenidən qapanmaya gedilməsi və "sms icazə"-nin aktiv olunması doğru deyil. Təklif edirəm ki, 9 gün bayram tətili zamanı insanların rayonlara getmısi üçün şərait yaradılsın. Belə şəhərdə həm tıxac azalar, həm də insanlar istirahət edə bilər. SMS icazənin yoxlanması zamanı insanlar postlarda çoxlu vaxt itirir. Belə olan halda kimin xəstə və sağlam olunması da dəqiq bilinmir" -deyə əlavə edib.
Fazil Mustafa Novruz bayramı öncəsi qiymətlərin qalxmasını da vurğulayıb:
"Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar. Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır"
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























