"İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər"

"Soyadlardakı "ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür. Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı parlament sədrinin I müavini Əli Hüseynli deyib.
"Yeni doğulanlarla bağlı isə heç bir problem yoxdur. Azərbaycan vətəndaşı bunu istədiyi zaman icra edə bilər”, - vitse-spiker bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























