• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada azərbaycanlıya görə deportasiya təxirə salınıb

Almaniyada azərbaycanlıya görə deportasiya təxirə salınıb
09.03.2021 20:30
Ötən gün Almaniyadan əcnəbilərin növbəti deportasiyası baş tutmayıb.

"Report”un Avropa bürosunun məlumatına görə, Münhen şəhər hava limanına gətirilən Rusiya, Gürcüstan, Qazaxıstan və Ermənistan vətəndaşları Münhen-Kiyev səfərini həyata keçirəcək təyyarəyə mindiriliblər. Bu zaman milliyətcə azərbaycanlı, 34 yaşlı Rusiya vətəndaşı olan kişinin halı qəfil pisləşib. Təyyarəyə təcili yardım əməkdaşları dəvət edilib. Onlar azərbaycanlı kişinin xəstəxanaya aparılmalı olduğuna qərar veriblər. Səbəb isə onun qarın nahiyəsindəki kəskin ağrılardan şikayət etməsi olub. Bundan sonra uçuş qeyri-müəyyən vaxta təxirə salınıb. Deportasiya ediləcək şəxslər polis və miqrasiya xidmətinin əməkdaşlarının müşayiəti ilə hava limanının yaxınlığında yerləşən yataqxanaya aparılıblar.

Məlumat üçün qeyd edək ki, ötən il Almaniya qaçqın statusu istəyən Azərbaycan vətəndaşlarının 95 %-nə mənfi cavab verib. Həmin il qaçqın statusu üçün bu ölkəyə müraciət edən 1301 Azərbaycan vətəndaşının işinə baxılıb. Müraciət edənlərdən yalnız 68 nəfərə qaçqın və müvafiq qoruma statusları verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol