• $
  • €
  • ₽
  • ₺
  • £

Nərmin Şahmarzadənin "Facebook" hesabına kiber hücum olub - Foto

Nərmin Şahmarzadənin "Facebook" hesabına kiber hücum olub - Foto
09.03.2021 13:24
İctimai fəal Nərmin Şahmarzadənin "facebook” hesabına müdaxilə edilib. 
 
Bu barədə Anews.az-a açıqlamasında özü bildirib. 
 
Onun sözlərinə görə, sosial şəbəkə hesablarının oğurlanması yazdığı tənqidi fikirlər ilə bağlıdır:

"Təxminən 10 gün əvvəl – 8 mart Günü ilə bağlı keçirəcəyimiz aksiya ərəfəsində "facebook" hesabıma müdaxilə etməyə başladılar. Lakin mən parolumu və e-poçt hesabımı dəyişdim. Dünən də aksiyadan 10 dəqiqə əvvəl hesabıma kiber hücumlar oldu. Bu gecə isə hesabımı sındıra bildilər. Səhər gördüm ki, adım dəyişib, e-mail hesabım facebookda dəyişdirilib, hətta gmail hesabımı belə qırıblar. Gmail hesabımı bərpa etsəm də hazırda facebook-a daxil ola bilmirəm”, - deyə Nərmin Şahmarzadə bildirib.
 
Nərmin Şahmarzadə qeyd edib ki, hesablarına müdaxilə şəxsiyyət vəsiqəsi vasitəsilə edilib:

"Hesabımın sındırılmasının səbəbi tənqidi fikirlərimdir. Mənim şəxsiyyət vəsiqəm ilə facebook-a müraciət edilib. Bunu ancaq vəsiqəmin olduğu orqanlar edə bilər. Birbaşa tənqidi açıqlamalar edirəm. Bütün bunlar əsas verir ki, hesablarıma müdaxilənin tənqidlərimə görə olduğunu deyim.”

Qeyd edək ki, Nərmin Şahmarzadə feminist və gender hüquqları müdafiəçidir. Dünən 8 mart günü qadın hüquqlarının pozulmasına etiraz olaraq aksiya təşkil edib. Aksiya zamanı polislər tərəfindən saxlanılsa da daha sonra sərbəst buraxılıb.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol