• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda onlayn narkotik satanlar həbs edilib - Video

Bakıda onlayn narkotik satanlar həbs edilib - Video
09.03.2021 23:59
Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Zeynalov saxlanılıb.

Onun üzərinə baxış zamanı 47 qram qurudulmuş marixuana, 36 qram heroin, 30 qram psixotrop maddə metamfetamin, 10 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Arif Zeynalovun Xətai rayonunda yaşadığı evdən əlavə 4 kiloqram 700 qram heroin, 1 kiloqrama yaxın metamfetamin, 980 qram marixuana, 193 qram tiryək, 940 qram həşiş qətranı, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi 24 000 ABŞ dolları aşkar edilib.

Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Fuad Ziyadov saxlanılıb. Onun üzərinə baxış zamanı 72 qram, Sabunçu rayonunda yaşadığı məzildən isə əlavə 4 kiloqram 54 qram heroin, 1 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri və 3 ədəd plastik kart aşkar edilib. Fuad Ziyadov ifadəsində narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu və əldə etdiyi pul vəsaitlərini həmin plastik kartlarda topladığını bildirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə vətəndaş Aydan Həsənəlizadə saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 50 qrama yaxın heroin, 10 qram metamfetamin, paytaxtın Nizami rayonuda yaşadığı evdən isə 1 kiloqram 395 qram heroin, 2 kiloqram 140 qram metamfetamin, 549 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə edilmiş plastik kart aşkar edilib. Aydan Həsənəlizadə ifadəsində külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.

Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Firdovsi Abdullayev narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 28 qram, Səbail rayonunda yaşadığı mənzildən isə 470 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Beləliklə, Baş İdarə əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol