• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə qəbul elan edildi

Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə qəbul elan edildi
04.06.2014 12:08
Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə qəbul elan edilir.
Nazirliyin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, xüsusi mühafizə bölüyünə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 sm.-dən hündür, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkum olunmamış, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən və nalayiq hərəkətlər törətməyən, ali yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşları dəvət edilir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.
Xidmətə qəbul olmaq istəyən şəxslər 2014-cü il iyul ayının 15-dək (şənbə və bazar günlərindən başqa) saat 10.00-dan 17.00-dək Müdafiə Nazirliyinin Komendantlığına ərizə ilə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Parlament prospekti, 3.
Əlaqə telefonları: (012) 539-59-04.
Müraciət etmək istəyənlər qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə, həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik, şəxsən yazılmış tərcümeyi-hal (əl və kompyuter ilə yazılmış), təhsil haqqında sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti (nikah varsa), uşaqların doğum haqqında şəhadətnamənin surəti (uşaqları olduğu halda), xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanından) ailə tərkibi və yaşayış yerindən arayış, səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə həm də müvafiq ərazidə) hərbi xidmətə yararlı olması barədə hərbi-həkim komissiyasının qərarını və 3x4 sm. ölçüdə və 9x12 sm. ölçüdə 2 ədəd fotoşəkil (başı açıq, anfas) təqdim etməlidirlər.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol