• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən peyvənddən sonra yoluxan Pənah Hüseynlə bağlı - Açıqlama

Nazirlikdən peyvənddən sonra yoluxan Pənah Hüseynlə bağlı - Açıqlama
10.03.2021 14:46
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl peyvənd olunmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Vaksinasiya olunmuş şəxsin "COVID-19”a yoluxması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Nazirlikdən bildirilib ki, vaksinasiya prosesinə start verildikdən sonra qurum tərəfindən peyvənd olunmuş şəxslərin özünü qoruması barədə dəfələrlə açıqlamalar verilib. Hər kəs bilməlidir ki, vaksin vurulan kimi insanı qorumur. Çünki bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Ona görə peyvənd tətbiqindən sonra da özümüzü qorumağa davam etməliyik.

Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva da müsahibələrinin birində qeyd edib ki, "COVID-19” infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır: "Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticismlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır”.

Qeyd edək ki, vaksinasiya prosesinə Bakıda Səhiyyə Nazirliyi, rayonlarda isə TƏBİB nəzarət edir. (qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol