• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir erməni general Paşinyanın istefasını tələb etdi

Daha bir erməni general Paşinyanın istefasını tələb etdi
10.03.2021 15:26
Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov açıqlama yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Xaçaturov açıqlamasında bildirib ki, Paşinyan son üç ildə 4 dəfə Baş Qərargah rəisi təyin edib. Bu isə onun səriştəsizliyinin və məsuliyyətsizliyinin göstəricisidir.
Xaçaturov qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi hər yeni gün və saat dövlətin təhlükəsizlik sistemini zədələyir və gələcəyini şübhə altına alır.

"Beləliklə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının 25 fevral 2021-ci il tarixli bəyanatını bir daha təsdiq edərək, yenidən N.Paşinyanın dərhal istefasını tələb edirəm”,- deyə o, bəyanatda qeyd edib.

Qeyd edək ki, Qriqoru Xaçaturov Azərbaycan-Ermənistan sərhədinə Qazax rayonunundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət etmiş Ermənistan ordusunun 3-cü korpusunun komandirdir. Ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatlar daxil olmaqla, bu ərazilər boyunca əvvəllərdə baş vermiş bir sıra təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovla əlaqələndirilir.

Q. Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-Prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol