Rusiyada azərbaycanlı iş adamı saxlanıldı

Rusiyada "Spar” supermarket şəbəkəsini idarə edən, "İntertorq” ticarət evinin keçmiş şəriki, azərbaycanlı iş adamı Allahverdi Abdullayev Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RBC” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib. Eyni zamanda "İntertorg” şirkətinin keçmiş vəkili və maliyyə direktorunun da saxlanıldığı bildirilir.
Nəşrin həmsöhbətlərinin dediklərinə görə, şirkət işçilərinin tutulması və 30-dan çox axtarış aparılması Rusiya FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin "K” şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
İstintaq tədbirləri iri həcmdə fırıldaqçılıqla bağlı cinayət işi çərçivəsində aparılıb. Cinayət işi 2020-ci ilin dekabrında "Sberbank”dan 8 milyard rubl vəsaitin mənimsənilməsi ilə əlaqədar başladılıb.
Məlumatda bildirilib ki, şirkət əməkdaşlarının mənzillərində ümumilikdə 30-dan çox axtarış əməliyyatı həyata keçirilib. Əməliyyatlar Rusiyanın FTX-nin "K” iqtisadi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aparılıb.
"Fontanka” nəşrinin verdiyi məlumata görə isə, 50-dən çox ünvanda həyata keçirilən axtarışlar "İntertorq”la əlaqəli iki cinayət işi çərçivəsində baş tutub. İşlərdən birində "Sberbank”dan kredit oğurluğundan söhbət gedir. İkinci cinayət işi isə təqribən 2 milyard rubl dəyərində saxtakarlıq ittihamı ilə "Intertorg” tədarükçüləri tərəfindən irəli sürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























