“AccessBank” “myCard Business” kartlarını təqdim edir

"AccessBank” "myCard” kart məhsulları xəttinə daxil olan və sahibkarlar üçün nəzərdə tutulmuş yeni "myCard Business” kartını təqdim edir.
Kartın əsas üstünlüyü qalığa hesablanan 4%-dir. Digər üstünlüklərə beynəlxalq hava limanlarının VİP gözləmə zallarına ödənişsiz giriş və konsiyerj xidməti daxildir.
"myCard” kart məhsulları xəttinə daxil olan bütün məhsullar premial (platinum və daha üstün) kartlarda çap olunur. "myCard Business” də istisna deyil. Biznes kart "Visa” və "MasterCard” ödəniş sistemlərinin premial olan "Visa Business Platinum” və "MasterCard Business Preferred” kart məhsulları üzərində tətbiq edilib.
Qeyd edək ki, "AccessBank” Cənubi Qafqazda "MasterCard Business Preferred” məhsulundan istifadə edən ilk, MDB-də isə Rusiya və Qazaxıstandan sonra üçüncü bankdır.
https://www.accessbank.az/az/private/cards/mycard/
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























