“E-Təbib” vətəndaşlara yanlış xəbərdarlıq göndərir?

"E-Təbib” mobil tətbiqini yükləmiş vətəndaşların telefonlarına ictimai nəqliyyatda olarkən yaxın məsafədə "COVID-19” virusuna yoluxmuş xəstənin aşkarlanması ilə yanlış məlumatlar gəldiyi ilə bağlı müzakirələr aparılır.
Anews.az-ın məlumatına görə, məsələ ilə bağlı "E-Təbib” çağrı mərkəzinin Vasif adlı əməkdaşı "Modern.az”a bildirib ki, tətbiqin yanlış məlumat göndərmə ehtimalı yoxdur:
DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər nəticəsində son günlər ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlanmır:
"Sizin qeyd etdiyiniz məsələyə gəlincə, bu hal aktiv koronaviruslu xəstənin evinin yaxınlığından keçdikdə, yaxud da ailə üzvlərindən kimsə aktiv koronaviruslu xəstənin mobil telefonundan istifadə edən zaman da mümkündür. Tam əmin ola bilərsiniz ki, test vermiş və nəticəsi pozitiv olan koronaviruslu xəstələrə yaşayış yerlərində xidmət aparan əməkdaşlarımız tərəfindən ciddi nəzarət olunur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























