YAP Gənclər Birliyi üzvlərinin sayı iki dəfə artırılıb

"Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir".
"Report"un xəbərinə görə, bunu Gənclər Birliyinin iclasında YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























