• $
  • €
  • ₽
  • ₺
  • £

"Bravo" Operativ Qərargahın tələblərini belə pozdu - VİDEO

"Bravo" Operativ Qərargahın tələblərini belə pozdu  - VİDEO
12.03.2021 14:56
"Bravo” supermarketlər şəbəkəsinin Şəmkir filialının açılışında karantin qaydaları pozulub.
 
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, videogörüntülərdəndə də aydın olur ki, açılışda böyük izdiham yaşanıb və ora gələn şəxslər sosial məsafə qaydalarına əməl etməyiblər. Geniş müzakirələrə səbəb olan görüntülərdə polis əməkdaşları gözə dəysə də, onların toplaşanlar arasındakı məsafəni tənzimləmədiyi görülür. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da qatıldığı açılış mərasimində yüzlərlə şəxs mağazanın qarşısına toplaşaraq izdiham yaradıblar.

Qeyd edək ki, artıq bir ildir ki, koronavirusun yayılması ilə əlaqədar ölkədə kütləvi tədbirlərin, toy və nişan mərasimlərin təşkili qadağan edilib. Bununla yanaşı 2 metr ara məsafənin gözlənilməsi, açıq və qapalı məkanlarda tibbi maskadan istifadə məcburi xarakter daşıyır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol