Baş Nazirdən qərar: “ETSN-in bir sıra işçiləri üçün geyim formaları hazırlanacaq”

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması” təsdiq edilib.
Qərar Prezidentin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.16-cı bəndinə əsasən hazırlanıb. Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və onların təchizat normasını müəyyən edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməli, eləcə də Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın hər il 31 dekabr vəziyyətinə dair hesabatını növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























