• $
  • €
  • ₽
  • ₺
  • £

“Son 2 gündə təbii qaza olan tələbat artıb” - “Azəriqaz”ın baş direktoru

“Son 2 gündə təbii qaza olan tələbat artıb” - “Azəriqaz”ın baş direktoru
14.03.2021 11:44
"Son 2 gündə ölkə üzrə təbii qaza olan tələbatda artım müşahidə olunmaqdadır. Bu təlabata uyğun olaraq "Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb”.

Anews.az xəbər verir ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyev feysbuk səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, təkcə 13 mart tarixində əhali xətlərinə ötən ilin eyni dövrü ilə müqaisədə 16 milyon kubmetrə yaxın artıq qaz qəbul olunub. Ötən il 13 mart tarixində əhali xətləri üzrə qaz qəbulu 18,6 milyon kubmetr təşkil edib.

"2021-ci ilin 13 mart tarixində isə bu rəqəm artıq 34 milyon kubmetrdir. Arxada qoyduğumuz 13 günlük göstəricilər isə daha böyük rəqəmləri əks etdirir. Təsəvvür edin, ötən illə müqaisədə mart ayının 13 günü ərzində əhai xətləri üzrə 100 milyon kubmetr artıq qaz qəbulu aparılıb.

Belə ki, 2020-ci ilin mart ayının 13 günündə bu göstərici təqribən 293,3 milyon kubmetr, bu il isə təqribən 393,2 milyon kubmetr təşkil edir. Deməli, mart ayı yaz fəsli sayılsa da, reallıqda 2021-ci ildə qış ayı kimi müşahidə edilməkdədir. Təlabatın qarşılanması üçün digər müvafiq strukturlarla daim təmasdayıq.

Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər Sizi narahat edəcək məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayın, 077 3 104 104 saylı whatsapp nömrəsinə mesaj göndərin və yaxud facebook sosial şəbəkəsi üzərindən mənim özümə yazın”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol