Balakən polisi reyd keçirdi, maska taxmayanlar cərimələndi

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə rayon ərazisində nəzarət-profilaktik və maarifləndirmə tədbirlərini davam etdirirlər.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən böyük mağazalarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda keçirilən reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, sosial məsafə gözləməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb.
Sahibkarlara sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























