General-leytenant Rövşən Əkbərov həbs edilib

General-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
"Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub", - deyə qurumun mətbuat xidməti bildirir.
Baş prokurorluğun yaydığı açıqlamada ictimaiyyətə daha sonra ətraflı məlumatın veriləcəyi də qeyd olunub.
Mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.
General-leytenant Rövşən Əkbərov Azərbaycanın Milli qəhrəmanıdır və Birinci Qarabağ savaşına könüllü yazılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























