• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın daha 5 rayonunda seysmik stansiyalar qurulacaq

Azərbaycanın daha 5 rayonunda seysmik stansiyalar qurulacaq
03.06.2014 20:59
Azərbaycanın quru ərazisində daha 5 seysmik stansiya qurulacaq.Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, daha 5 rayonda yeni seysmik stansiyaların qurulması üçün yerlərin seçilməsi ilə bağlı Nazirlər Kabineti qərar verib. Onun sözlərinə görə, yeni seysmik stansiyalar Neftçala, Ağdaş, Tovuz, Daşkəsən və Xızının Giləzi ərazisində (Sumqayıtla Beşbarmaq arasında) olacaq. Q.Yetirmişli qeyd edib ki, bu rayonlarda stansiyaları quraşdırmaqla orada gedən zəif təkanları, prosesləri izləmək mümkün olacaq: “Həmin bölgələrdə aktiv qırılmalar və ya digər məsələlərin həlli, öyrənilməsi önəmlidir.  Artıq Daşkəsən, Tovuz və Ağdaşda seysmik stansiyaların qurulacağı yerlər seçilib. Cihazlarla yerlərin tektonikası, geoloji mühitin cihazların işləməsi üçün əlverişli olub-olmaması öyrənilib. Digər 2 rayon da yerlər seçiləndən və bu işlər yekunlaşandan sonra yeni seysmik stansiyalar quraşdırılacaq. Hazırda Azərbaycanda Respublika Seysmoloji Xidmət Mərkəzinin 35 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Daha 5 rayonda stansiya qurulduqdan sonra onların sayı 40-a çatacaq”. RSXM-in baş direktoru qeyd edib ki, Azərbaycanda sualtı seysmik stansiyaların quraşdırılması hələlik problem olaraq qalıb. Onların hamısının maliyyə çətinliyi səbəbindən alınmadığını deyən Q.Yetirmişli əlavə edib ki, hazırda bu istiqamətdə layihələndirmə işləri yekunlaşıb və bu il ərzində hökumətə təqdim olunacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol