• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19 analiz nəticəsini onlayn qaydada əldə etmək mümkün olacaq

COVID-19 analiz nəticəsini onlayn qaydada əldə etmək mümkün olacaq
16.03.2021 16:21
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən "COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsi” adlı yeni elektron xidmət istifadəyə verilib. Sözügedən xidmətdən beynəlxalq səfərlər üçün COVID-19 PZR analizi verən şəxslər istifadə edə bilərlər.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, elektron xidmətin yaradılmasında məqsəd həmin şəxslərin vaxtına qənaət etmək və rahatlığını təmin etməkdir. Beynəlxalq səfər üçün COVID-19 analizi verən şəxs xidmətdən yararlanmaq məqsədilə https://travel.its.gov.az/ saytına daxil olmalıdır. Açılan pəncərədə "Doğum tarixi” xanasını doldurmalıdır.
 
Şəxs doğum tarixini qeyd etdikdən sonra "Parametr” xanasından FİN və ya Protokol üzrə seçim etməlidir. FİN parametrini seçdikə "FİN” xanası aktivləşir və şəxs bu xanaya şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. Şəxsiyyət vəsiqəsi olmadığı halda isə (əsasən əcnəbilərin və şəxsiyyət vəsiqəsi olmayan uşaqların) Protokol parametri seçilməlidir. Bu zaman "PROTOKOL” xanası aktivləşir və şəxs bu xanaya Protokol nömrəsini daxil etməlidir. Protokol nömrəsi analiz verən şəxsin mobil nömrəsinə nəticə hazır olduqdan sonra göndərilən koddur.

Ən sonda "Axtar” düyməsi sıxılmalıdır. Bu zaman beynəlxalq səfər üçün verilən analizin nəticəsi ekranda PDF formatda əks olunur və faylı yükləmək də mümkün olur. Qeyd edək ki, sənədin doğruluğunun sənəddə əks olunan "QR Code” vasitəsi ilə yoxlanılması mümkündür. Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizi nəticəsinin onlayn qaydada əldə edilməsinə dair təlimatla buradan tanış olmaq olar.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol