Ağdamda 6 nəfərin minaya düşməsi ilə bağlı - Rəsmi açıqlama

Ağdam rayon prokurorluğu rayon ərazisində minaya düşənlərlə bağlı açıqlama yayıb.
Prokurorluqdan Anews.az-a bildirilib ki, martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib̧, məhkəmə-tibb ekspertizası təyin edilib̧, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























