Minaya düşənlər yaxınlarının məzarını ziyarət edirmiş... - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi bu gün Ağdam rayonunda 6 nəfərin minaya düşməsi ilə bağlı rəsmi açıqlama yayıb.
DİN Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə nəzarət postlarından kənar, qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir:
Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























