• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədidə evi yanan köçkünlər Füzuli və Ağdamda ev təklifindən imtina etdilər

Binəqədidə evi yanan köçkünlər Füzuli və Ağdamda ev təklifindən imtina etdilər
17.03.2021 13:16
Martın 17-də Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 19 ünvanında yerləşən Humanitar kollecin (keçmiş Mədəni Maarif Texnikumu) yataqxanasının həyətində bir-birinə bitişik, kustar üsulla taxta materialdan inşa edilmiş tikililərdə yanğın olub, nəticədə 150 kv metr sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, yanğın barədə məlumat aldıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində obyektdə müvəqqəti məskunlaşmış 5 məcburi köçkün ailəsi və bir Tərtər rayon sakininin mənzilində yanğın olduğu məlum olub. Mənzillərinə ziyan dəymiş məcburi köçkün ailələrinin üçü Ağdam, ikisi Füzuli rayon sakinidir. Yanğın nəticəsində, ümumilikdə altı mənzilə ziyan dəyib.


Füzuli rayon sakini Quliyev Hikmət Fazil oğlunun, Ağdam rayon sakinləri Əliyev Ramiz Balakişi oğlu və Həsənov Azər Fazil oğlunun yaşayış sahəsinə, Ağdam rayon sakini Hüseynov Cahankeş Nüsrət oğlunun qeyri-yaşayış sahəsinə ziyan dəyib.

Füzuli rayon sakini Qasımov Ramil Amil oğlu həmin ünvanda yaşamır. O, Koroğlu Rəhimov küçəsində yerləşən fərdi mənzildə qeydiyyatdadır. Füzuli rayon sakininə "Zobucuq-5" qəsəbəsində, Ağdam rayon sakinlərinə isə Quzanlıda yerləşən qəsəbədə mənzil təklif edilib, lakin onlar bundan imtina ediblər. Yanğın baş vermiş ərazidə 300 ailə müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri, eyni zamanda yataqxana yanğından mühafizə olunub.


Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol