• $
  • €
  • ₽
  • ₺
  • £

DİM müsabiqə elan edib

DİM müsabiqə elan edib
18.03.2021 20:30
Xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq namizəd və iddiaçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması da nəzərdə tutulur.


Anews.az xəbər verir ki, bu nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul və fəlsəfə doktoru imtahanları üçün yoxlama-ölçmə materiallarının hazırlanması, namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edir.


Müqaviləçi-mütəxəssislər doktorantura səviyyəsinə qəbul və fəlsəfə doktoru imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə istifadə ediləcək yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidirlər:


- sifariş əsasında yoxlama-ölçmə materiallarını tərtib etmək;


- yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;


- danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan materiallarının tərtibində, həmçinin namizədlərin və iddiaçıların danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsində iştirak etmək.


Doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında istifadə ediləcək yoxlama-ölçmə materiallarının hazırlanması və danışıq bacarıq və vərdişlərinin bilavasitə qiymətləndirilməsi ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün ingilis, fransız və alman dilləri üzrə beynəlxalq dil imtahanlarının (IELTS, TOEFL, DELF, DALF, TESTDAF və s.) hər hansı birində iştirak etmiş və danışıq komponenti üzrə Ümumavropa dil çərçivə sənədinin (CEFR) C1 və ya daha yüksək səviyyəsinə müvafiq dil sertifikatına sahib olan, müvafiq dillər üzrə fəlsəfə doktoru və ya daha yüksək elmi dərəcəyə malik olan, yaxud da doktoranturada (dissertanturada) təhsilini davam etdirən və ya təhsilini başa vurmuş və xarici dildə yüksək danışıq bacarıq və vərdişlərinə sahib olan şəxslər, həmçinin danışıq bacarıqlarının qiymətləndirilməsi üzrə təcrübəsi olan dil daşıyıcıları müraciət edə bilərlər. Müraciət edənlər xarici dili mükəmməl bilməli, yüksək danışıq bacarığına və gözəl tələffüzə malik olmalı, Microsoft Office proqramlarında sərbəst işləməyi bacarmalıdırlar. Bütün dil komponentləri, o cümlədən danışıq üzrə C1 və C2 səviyyələrinə uyğun sertifikata malik olanlara üstünlük verilir.


DİM tərəfindən işə cəlb olunan mütəxəssislər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər. Müraciət edən şəxslərin yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, danışıq bacarıqlarının qiymətləndirilməsi sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.


İşə cəlb olunanların təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.


Maraq göstərən şəxslər verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq və xarici dil üzrə sertifikatlarını skan edərək aprelin 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində "Doktorantura_elan” yazıb göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol