• $
  • €
  • ₽
  • ₺
  • £

Qazilərimizin müalicəsi üçün İsraildən gələn həkimlərə sərf olunan vəsait açıqlandı

Qazilərimizin müalicəsi üçün İsraildən gələn həkimlərə sərf olunan vəsait açıqlandı
18.03.2021 11:58
"İsraildən gələn həkimlər Vətən müharibəsində gözündən xəsarət almış 150-yə yaxın qazimizi müayinə etdilər. 58 nəfərə protez qoyuldu, 30-dan çoxu əməliyyat edildi. Həmçinin digərlərinə müalicə prosedurları yazıldı".

Anews.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Real" TV-yə müsahibəsində deyib.

"Ümumilikdə İsraildən gələn həkimlər tərəfindən aparılan bu əməliyyatlar üçün, eləcə də bu protezlər üçün 1 milyon manatlıq vəsait sərf olunacaqdı. Hansı ki, onlar dünyada ən güclü, peşəkar hərbi göz həkimləridir. Amma biz danışıqlar nəticəsində bu işlərin humanitar aksiya çərçivəsində həyata keçirilməsinə nail olduq və sağ olsunlar, israilli həkimlər bütün əməliyyatları ödənişsiz etdilər. Biz yalnız istifadə olunmuş avadanlıqların ödənişini etdik və onların gəliş-gedişini və burada qalmasını təmin etdik. Beləliklə, biz 1 milyon manatlıq əməliyyatı 190 min manata həyata keçirdik", - Ü.Mehdiyev əlavə edib.

Xatırladaq ki, martın əvvəlində "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlmişdi. 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsini, müayinəsini və əməliyyatlarını həyata keçiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol