• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv edilənlərin çoxu qazi və şəhid ailələrinin üzvüdür - Əziz Əlibəyli

Əfv edilənlərin çoxu qazi və şəhid ailələrinin üzvüdür - Əziz Əlibəyli
18.03.2021 21:48
 Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli prezidentin əfv sərəncamı haqqında fikirlərini belə bölüşüb:

35 saatdan artıq davam edən 10 iclas və bu gün əfv edilib azadlığa çıxan insanlar.

Mənim üçün həyatda həmişə iki detal əhəmiyyət kəsb edib:

- Niyyət;
- Nəticə;

İnsan üçün azadlıqdan şirin nemət ola bilməz. Onun azadlığının fiziki məhdudiyyətləri, əslində verilən cəza tərkibində həlledici deyil, inansın mənəvi həbsi və əzabı , islah olunması yolunda qət etdiyini vicdan yolunu uğurla başa vurmasıdir.

Niyyət Prezidentin əfvi, nəticə bu gün yüzlərlə insanın ailəsinə, körpəsinə qovuşması, göz yaşlarını silməsidir.

Şəxsən mənim üçün əməl və niyyət qarşıdurması olan həbsxana həyatı heç kəsə rəva görə biləcəyim standart deyil...

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa qovuşan 625 nəfərin ailəsində Novruz bayramı bayramların ən gözəli oldu...
Bir müddət sonra mediada əfvi çıxanların siyahısında "Bakıda metro partladan şəxs də əfv edildi" xəbərini oxuduqdan sonra şoka düşdüm.

Bu mümkün idi ki?

Erməni kəşfiyyatı ilə əməkdaşlıq edib, Bakı metrosunda bomba partladıb, onlarla insanımızı öldürən bir terrorçunu hansı mənəvi haqla azadlığa buraxmaq olardı?

Axı bizim dövlətin, onun rəhbərinin, ordunun, xalqın əsas tezisi erməni terrorçularını, ona xidmət edən hər kəsi istər, məhnus 94-cu ildə, istər 2020-ci ilin 28 noyabr günü Hadrutda əsgərlərimizi şəhid edən terrorçular olsun...

Axı biz cəmi 4 ay əvvəl bu terror mahiyyətinin ucbatından 3 min say - seçmə oğullarımızı şəhid vermişik...

İndi məlum olur ki, mediada linc kampaniyası açıb, bu müqəddəs addımı gözdən salmağa çalışan bəziləri mediada müəyyən yanlışliqla gedən xəbərdən istifadə edərək, hər kəsi aldadaraq adlar üzərində manipulyasiya edib:

Azad edilən şəxs: "Aslanov Azər Salman oğlu və Aslanov Azər Məhərrəm oğlu iki fərqli şəxsdir. Bakı metrosunun "28 May” və "Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxs Aslanov Azər Məhərrəm oğlu deyil, Aslanov Azər Salman oğludur”.

Bilirsiz əsasən kimlər azad edilib?

Qazi və şəhid ailələrinin yaxınları və üzvləri. Onların müraciəti əsasında azad edilənlər.

Hamıya bu bayram günündə öz evində olmağı arzu edirəm. Azadlıq münasibətilə isə təbrik edirəm.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol