Avropada koronavirusdan ölüm halları çoxalıb - ÜST

Avropada COVID-19 infeksiyasından ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.
Anews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klüge deyib.
O bildirib ki, ötən həftə Avropa regionunda koronavirusdan ölənlərin sayı 900 mini keçib:
"Hər həftə regionda 20 mindən çox şəxs virusun qurbanı olur. Avropada virusdan ölənlər ötən il bu dövrdə ölənlərin sayından çoxdur. Bu, virusun geniş yayıldığını göstərir".
H.Klüge bildirib ki, yoluxma ilə bağlı ən ciddi vəziyyət Mərkəzi Avropa, Balkan və Baltikyanı ölkələrdə müşahidə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























