• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Xankəndinə işıq verəcək – PROBLEMLƏR VAR

Azərbaycan Xankəndinə işıq verəcək – PROBLEMLƏR VAR
19.03.2021 11:35
Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-ı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. 


Anews.az xəbər verir ki, bu barədə fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün "Facebook" səhifəsində səsləndirib.


"Odur ki, sabahdan başlayaraq, Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik” – deyən ekspertin sözlərinə görə, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək. 


"Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək. Burda 2 problem görsənir. 1) "Azərişıq"ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur.  2) Xankəndində yaşayan ermənilər bizim manatı tanımırlar. 


O da maraqlıdır ki,  Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda  yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da   şamil olunacaqmı?”


Artıq Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçəcəyini xatırladan Q.İbadoğlu bildirib ki, Rusiya qazı ora Gürcüstan vasitəsilə çatdırılır: 


"Ermənilər  buna görə etiraz edirlər ki, onlara Azərbaycandan keçən qaz lazım deyil. Bu risklidir, Azərbaycanlılar  istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki, krant bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki, rubilnik bizim əlimzdədir”.


Ekspert sonda, Qarabağ  ermənilərinin Azərbaycana inteqrasiya etməsinin tərəfdarı olduğunu da diqqətə çatdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol