• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Zaur Qənbərov azadlığa buraxılıb- VİDEO

Jurnalist Zaur Qənbərov azadlığa buraxılıb- VİDEO
19.03.2021 14:05
Anews.az-ın həbs olunan bölgə müxbiri Zaur Qənbərov azadlığa buraxılıb, bunu anews.az açıqlamasında jurnalistin vəkili Cavad Cavadov deyib.


"2020-ci il Oktyabrın 29-da məhkəmənin hökmünə şikayət olaraq apellasiya məhkəməsinə müraciət etmişdik. Həmin hökmdə cinayət məcəlləsinin 221.3 maddəsi ilə Zaur Qənbərov 3 il 6 ay azadlıqdan məhrum edilib. Apellasiya şikayətində hökmün ləğv olunmasını və barəsində bəraət almasını xahiş etmişdik. Apellasiya məhkəməsi bizim verdiyimiz şikayəti qismət təmin etdi. Cinayət məcəlləsinin 221.3 maddəsindən 221.2.2 istinad edərək ona 2 il azadlığın məhdudlaşdırılması cəzasını təyin etdi. Barəsində seçilmiş həbs qəti imkanı tədbirini ləğv etdi. Azadlığın məhdudlaşdırlması ilə Zaur Qənbərov 2 il müddətinə hər gün saat 23:00-dan səhər 7:00-a qədər evdə olmalıdır. Məhkəmə onun içəridə olduğu müddəti nəzərə alaraq 2 illin  1 il 2 ay azadlığının məhdudlaşdırılmasını saxlayıb” – deyə vəkil bildirib. 

Zaur Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3il 6 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin xuliqanlıq etməni nəzərdə tutan  221.3 maddəsi ilə ittiham olunurdu. 

Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonu məmurları haqqında yazdığı araşdırma məqalələr olub.
 
Gülnar Nazimqızı
 
Video: Samirə Əli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol