Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

"YAŞAT” Fondunun və "Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılması təşəbbüsünə Bakcell şirkəti də qoşulub.
Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.
Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
"YAŞAT" Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
Qeyd edək ki, "Bakcell”in daxil olduğu "NEQSOL Holding”in tərkibində olan şirkətlər "YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























