• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan pul köçürmək indi daha rahat oldu

Rusiyadan pul köçürmək indi daha rahat oldu
19.03.2021 16:50
Azərbaycan Beynəlxalq Bankı "Granat” sürətli pulköçürmə sistemini təqdim edir. Bu xidmət fiziki şəxslərə vəsaitləri manat, rubl, ABŞ dolları və avro valyutalarında sürətli, sərfəli şərtlərlə köçürmək imkanı yaradır. Rusiyadan Azərbaycana pul köçürmələrini istənilən Rusiya bankının kartı ilə "Granat” mobil əlavəsi vasitəsilə, yaxud ABB-Moskvanın xidmət ofisində nağd qaydada həyata keçirmək olar. Rusiyadan Azərbaycana köçürülən vəsaiti Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrindən manat, rubl, ABŞ dolları və avro valyutalarında əldə etmək mümkündür. Bankın kartlarına ödəniş kartının valyutasında köçürülən vəsaiti isə Azərbaycan Beynəlxalq Bankının geniş ATM və POS-terminal şəbəkəsi vasitəsilə almaq olar. 

Azərbaycandan Rusiyaya vəsaiti Bankın istənilən filial və şöbəsindən nağd qaydada köçürmək mümkündür. "Granat”-la sürətli pulköçürmə üzrə komissiya haqqı köçürülən məbləğin cəmi 0,9%-i təşkil edir. 

"Granat” tətbiqinin imkanlarından faydalanmaq üçün Rusiyadakı müştərilər öz mobil telefonlarına bu əlavəni yükləməlidirlər. Mobil tətbiq valyuta seçimi, pulköçürmə üçün optimal variantların müəyyənləşdirilməsi, eləcə də əməliyyat tarixçəsinin izlənməsi üçün müştərilərə geniş imkanlar yaradır. Tətbiqi App Store və Google Play-dən yükləmək olar. "Granat” pulköçürmə sistemi ilə bağlı daha ətraflı məlumatı buradan öyrənmək mümkündür. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol