Peşə liseyində pozuntulara yol verən rəhbərlik işdən çıxarıldı, cinayət işi açıldı

Tovuz Peşə Liseyinin fəaliyyəti ilə bağlı barədə daxil olan çoxsaylı şikayətlər əsasında 2021-ci ilin fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə əsaslı monitorinq həyata keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Anews.az- bildirilib ki, alınmış izahatlardan, o cümlədən, iş üzrə digər sübutlara baxılaraq müəssisə rəhbərliyinin istehsalat tədris proqram sənədlərinin tərtibi, tədris işlərinin planlaşdırılması və uçotu, metodik işlərin təşkil edilməsi, liseyin tədris-istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərinin həyata keçirilməsi, tələbələrə təqaüdlərin ödənilməsi, dövlət əmlakının idarə edilməsi və səmərəli istifadə olunması ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduqları müəyyən edilib.
Yoxlamanın yekun nəticəsi olaraq, 16 mart tarixindən Tovuz Peşə Liseyinin bir sıra rəhbər şəxsləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib və iş üzrə toplanmış faktlar araşdırılması üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























